İnsanlara hürriyət, millətlərə istiqlal!

Anım Günü ilə əlaqədar Fəxri və Şəhidlər xiyabanı ziyarət olunub

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “27 sentyabr Anım Günü” ilə bağlı Ulu Öndər Heydər Əliyevin məzarına, 2-ci Fəxri Xiyabana, Şəhidlər Xiyabanına ziyarət təşkil edilib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən verilən məlumatda bildirilir ki, Ziyarətdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Müşahidə Şurasının üzvləri, Agentliyin əməkdaşları, 500-ə yaxın qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Ziyarət iştirakçıları Ulu öndər Heydər Əliyevin, ərazi bütövlüyümüz uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının xatirəsini ehtiramla anaraq, məzarları üzərinə gül dəstələri qoyublar.

Dünya hərb tarixinə həkk olunan misilsiz döyüş qabiliyyəti nümayiş etdirərək şəhidlik zirvəsinə ucalmış qəhrəman igidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Musavat.com

308989529_213702204322903_2754760297719759122_n.jpg (1.03 MB)

308734697_213702147656242_4025876590900741039_n.jpg (908 KB)

308727087_213701774322946_5428546205879417409_n.jpg (771 KB)

2222.jpg (757 KB)

afb30580-d503-4c5b-aa10-b7b784fa208a.jpg (233 KB)

308785851_213701810989609_6662156347864754946_n.jpg (479 KB)

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR