İnsanlara hürriyət, millətlərə istiqlal!

Angela Merkelin xatirələri: “Sibirdə ayı əti yedim”; “Putin dedi ki, raketləri Azərbaycana...”

2005-2021-ci illərdə Almaniyanı idarə edən keçmiş baş nazir Angela Merkelin 736 səhifəlik “Azadlıq” adlı kitabı nəşr olunub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, kitabda Merkelin bir sıra maraqlı xatirələri var.

Sabiq baş nazzir memuarlarında Rusiya prezidenti Vladimir Putinlə görüşlərindən, Sibirdə ayı əti yeməsindən də bəhs edib: “2006-cı ildə biz Sibirin Tomsk şəhərinə uçduq. Putinlə şam yeməyində idik. Putin alman dilində danışırdı. Onun almancası mənim ruscamdan daha yaxşıydı. Nahar üçün klassik biftek və qonur ayı əti arasında seçim etməli oldum. Ayı ətini sınamağa qərar verdim. Təamın dadı çox gözəl idi, güclüydü, ov heyvanının ətinə oxşayırdı. Bu, xüsusi bir şey idi".

Daha sonra Putinin onları 2007-ci ildə Soçidə gözlətdiyini ifadə edən Merkel belə bir xatirəsini də bölüşüb: “Prezident Buş da sammitdə idi. Putin ABŞ-nin Polşa və ya Çexiyada raketdən müdafiə sistemi qurmaq əvəzinə Rusiya ilə işləməsini istəyirdi. O bildirdi ki, raketlər Azərbaycanda, Türkiyədə, İraqda və ya dənizdə yerləşdirilə bilər. Obama gələndə isə raketdən müdafiə sistemini Polşaya yerləşdirdi”.

2015-ci ildə Almaniyada keçirilən G-8 zirvəsindən bəhs edən Merkel qeyd edib ki, Putinin onu yenə orada 45 dəqiqə gözlədib. Baş nazir Putindən gecikməsinin səbəbini, nə baş verdiyini soruşub. Putin ona deyib: “Sizin pivənizə görə oldu”. Məlum olub ki, sammitdə bir gün əvvəl Putin otağına göndərilən bir parç alman pivəsi içib.

Ancaq Merkel bir parç pivədən Putinin zəhərləndiyini, yoxsa onun içkiləri qarışdırdığı üzündən narahatlıq yaşadığını dəqiqləşdirməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR