Onlayn ictimai-siyasi qəzet
Ucarda 1981-ci il təvəllüdlü qadının boğularaq öldürülməsinin bəzi təfərrüatları məlum olub.
Musavat.com "Unikal"a istinadla xəbər verir ki, hadisə qısqanclıq zəminində baş verib.
Ş.Qurbanovanı öldürməkdə şübhəli bilinən oğlu 2000-ci il təvəllüdlü Qurbanov Faiq atası ilə birgə Rusiyada yaşayırmış. O, bir müddət öncə doğulduğu Qaradağlı kəndinə gəlibmiş. Faiq bu gün səhər saatlarında anasının telefonuna baxdıqdan sonra məlum hadisəni törədib.
Hazırda Ucar rayon polis əməkdaşları Qaradağlı kəndində hadisə yerində araşdırma aparır.
Ucar rayon prokurorluğunun yaydığı məlumata görə, fakta görə Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
***
12:07
Ucarda qadını boğub öldürən şəxs tutulub.
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən qadının oğlu, 2000-ci il təvəllüdlü Qurbanov Faiq Bakı şəhərində saxlanılıb.
Araşdırmalar davam etdirilir.
***
11:39
Avqustun 18-də səhər saatlarında Ucar Rayon Polis Şöbəsinə rayonun Qaradağlı kənd sakini, 1981-ci il təvəllüdlü Ş.Qurbanovanın boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalar aparılır, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ