İnsanlara hürriyət, millətlərə istiqlal!

Anası hicablı olduğuna görə onu təhqir edənlərə cavab verdi

Olimpiya Oyunlarında mükafat qazanan türkiyəli atıcı Yusuf Dikeç anası ilə bağlı paylaşımına yazılan təhqirlərə cavab verib.

Musavat.com "qafqazinfo"ya istinadən xəbər verir ki, o bu barədə "Sabah"a danışıb.

Türkiyəli atıcı bu sözləri deyib: "Hər zaman bunu deyirəm: Allah ana sevgisini, vətən sevgisini bu ölkənin gənclərinin qəlbindən əskik etməsin. Çünki anasından utanan ölkəsindən də utanar. Anasını sevməyən vətənini sevə bilməz. Mustafa Kamal Atatürkün anası Zübeyde ananın fotosuna baxsınlar. O şəkillə bunun arasında nə fərq görürlər? Mən belə şeylərə fikir vermirəm. Bizim görməli olduğumuz çox iş var, amma bu cür zehniyyətə təslim olmayacağıq. Ölkəmiz daha yaxşı şeylərə nail olacaq".

Qeyd edək ki, Yusuf Dikeç hicablı anası ilə şəkil paylaşdığına görə təhqirlərə məruz qalmışdı.

Xatırladaq ki, Paris-2024 Yay Olimpiya Oyunlarında Türkiyəyə atıcılıq yarışlarında gümüş medal qazandıran 51 yaşlı Yusuf Dikeç əli cibində atış etməklə dünyanın gündəminə düşmüşdü.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR