Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, Vəkillər Kollegiyasının (VK) sədri, hüquq üzrə fəlsəfə doktoru Anar Bağırov Dövlət Gömrük Komitəsinin Akademiyası və Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Magistr Dissertasiya Şuralarında sədrdir.
Musavat.com xəbər verir ki, cari ilin iyun ayının 28-də hər iki ali təhsil müəssisəsində Anar Bağırovun sədrliyi ilə magistr dissertasiyalarının müdafiəsi keçirilib.
Hüquqşünas alimlərin iştirakı ilə keçirilən müdafiə prosesində magistrantların dissertasiya işləri yüksək qiymətləndirilib və müdafiələr müvəffəqiyyətlə başa çatıb.
Qeyd edək ki, VK ilə respublikamızdakı Hüquq fakültələri olan bütün universitetlər arasında Memorandum imzalanmışdır. Memorandum çərçivəsində universitetlərlə birgə konfranslar, seminarlar təşkil edilir, həmçinin hüquqşünas tələbələr vəkil bürolarında istehsalat təcrübəsi keçirlər.
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ