İnsanlara hürriyət, millətlərə istiqlal!

"Anamdan imtina edirəm" - Təranənin qızı

Hazırda həbsdə olan prodüser Təranə Səmədovanın qızı Suel yenidən "Səni axtarıram" proqramında qonaq olub. 

Suel anasından imtina etmək istədiyini açıqlayıb. O, bunun üçün rəsmi müraciət olunmasını istəyib:

"Heç kim mənə təzyiq etmir, şəxsi fikrimdir. Fikrimdə qətiyəm".

Aparıcı Xoşqədəm Hidayətqızı isə Təranənin tanıdığı bir çox şəxsin ona zəng vurub, Suelə etdiklərini danışdığını söyləyib:

"Elə şeylər yaşamısan ki, kiməsə arzulamıram bunu. Anan bağlı qapı arxasındadır, ona böyük zərbə olar. Mənə Dubaydan zəng gəldi. Dəhşət içərisindəyəm. Suelin yaşadıqlarını eşitdim. Uşaq vaxtı izlədiyim "Santa Barbara" serialıdır. Gecə səhərə kimi yatmadım. Hamı zəng edirdi. Suelə yazığım gəldi, ağladım. Anladım ki, niyə o gün efirdən sonra ancaq bizim nə danışdığımıza baxırdı".

Qeyd edək ki, 2022-ci ilin dekabrında Təranə Səmədovanın əri Rasim Həsənov hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılıb.

İstintaqın gedişatı zamanı prodüserin də cinayət işi üzrə əməlləri ortaya çıxıb və istintaqa cəlb olunub. Onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Təranə Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı. Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılmışdı.//Axşam.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR