İnsanlara hürriyət, millətlərə istiqlal!

Amnistiya aktı bəzi dairələrin əsassız ittihamlarına ciddi mesajdır-RƏY

“Belə bir həssas dövrdə prezidentin müstəsna səlahiyyətlərinə aid olan növbəti əfv sərəncamının imzalanması çox önəmlidir. Biz bilirik ki, Azərbaycana qarşı bir sıra əsassız ittiham səslənir”.

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Musavat.com-a açıqlamasında bildirdi ki, xüsusilə, ikinci Qarabağ müharibəsindən sonrakı proseslər, əldə etdiyimiz uğurlar, dünyada baş verən geosiyasi proseslərdə Azərbaycanın rolunun artması bəzi qüvvələri ciddi şəkildə narahat edir. Politoloq bildirdinki, bəzi Qərb dairələri bu mövzuda manipulyasiya imkanı olduğuna görə ən rahat alət kimi insan hüquq və azadlıqlarından Azərbaycana qarşı istifadə edirlər: "Azərbaycana müxtəlif istiqamətlərdə təsir göstərmək, ölkəmizi bəzi məsələlərdə güzəştə getməyə məcbur etmək istəyən qüvvələr var. Hesab edirəm ki, prezident tərəfindən növbəti humanist addımın atılması həmin dairələrə ciddi mesajdır".

indir.jpg (6 KB)

X.Bəşirov bu addımın eyni zamanda Azərbaycan siyasətinin nəticəsi olduğunu bildirdi: "Prezident tərəfindən dəfələrlə cəza siyasətinin humanistləşdirilməsi istiqamətində addımlar atılıb, qanunvericiliyə dəyişiklik edilib, bir sıra cinayət Azərbaycan Respublikasının cinayət qanunvericiliyindən çıxarılıb, əməllər dekriminallaşdırılıb, inzibati məsuliyyət yaradan qanunvericilik aktlarına daxil edilib. Bütün bunlar məhkumların islah edilməsi və cəmiyyətə reinteqrasiya edilməsi məqsədi daşıyır".


Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR