İnsanlara hürriyət, millətlərə istiqlal!

"Amnesty International" qalmaqallı hesabata görə üzr istəyib

"Amnesty International" Ukraynanı hərbçilərin mülki əhaliyə təhlükə törətməkdə ittiham etdiyi hesabatına görə üzr istəyib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bu barədə təşkilatın "Sky News" və "Reuters"in yaydığı bəyanatında deyilir.

Beynəlxalq qurum hesabatının qəzəb doğurmasından "dərin təəssüfləndiyini" bildirib. Eyni zamanda, onlar hesabatın nəticələrini də rədd etmir.

" "Amnesty International"ın bu və hər bir digər münaqişədə prioriteti mülki şəxslərin müdafiəsini təmin etməkdir. Həqiqətən də, son araşdırmanı dərc etməkdə yeganə məqsədimiz bu idi. Nəticələrimizi tam dəstəkləsək də, yaranan narazılığa görə təəssüflənirik", - bəyanatda deyilir.

Təşkilat bildirir ki, guya Ukrayna qüvvələrinin sənədləşdirdiyi heç bir hərəkəti "Rusiya tərəfindən pozuntulara haqq qazandırmır".

Bildirilir ki, bu, "Amnesty International" təşkilatının Rusiya qüvvələri tərəfindən törədilən pozuntulara görə Ukrayna qüvvələrini məsuliyyət daşıması və ya Ukrayna ordusunun ölkənin digər bölgələrində adekvat ehtiyat tədbirləri görməməsi demək deyil.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR