İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikanın silahları Dünya müharibəsi başladır- ŞOK FAKTLAR

Rusiya-Ukrayna savaşında Kursk münaqişəsi ətrafında dünyadan reaksiyalar gəlməkdə davam edir.  

Musavat.com xəbər verir ki, Çin Kommunist Partiyasının rəsmi nəşrlərindən olan “Global Times” yazır ki, Kursk bölgəsinə hücum münaqişəni daha da pisləşdirir və sülh danışıqlarına olan ümidləri sarsıdır.

Nəşrin ekspertləri ABŞ-ın ikiüzlülüyünü xüsusi qeyd edirlər. Onlar bildirirlər ki, ABŞ üzdə prosesdə sülhdən yana olduğunu, qarışmadığını bəyan edir, lakin gizlində Kiyevə hərbi yardım göstərir. Nəşr bildirir ki, bu, böhranın sülh yolu ilə həllinə mane olur.

Əslində, Amerika tarixi roluna davam edir. Dünya müharibələri dövründə silah satmaqdan qazanan ABŞ indi də münaqişə ocaqlarını qızışdırmaqla məşğuldur. Yeri gəlmişkən, ABŞ-ın Ermənistana da 2 təyyarə silah göndərməsi xəbəri gündəmdədir və hələ də Amerika bu məsələ ilə bağlı konkret açıqlama verməyib. Məlumatın təkzib olunmaması isə onun doğruluğuna işarədir… Ekspertlər bildirirlər ki, Amerika münaqişə tərəflərini silahlandırmaqla regionda vəziyyəti daha da gərginləşdirir və bu, Dünya müharibəsinə aparan yoldur. 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR