İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalı milyarder İlon Maska görə boşanır

“Google” şirkətinin həmtəsisçisi Sergey Brin həyat yoldaşı Nikol Şenaxandan boşanmaq barədə qərar qəbul edib.

Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “The Wall Street Journal” qəzeti yayıb.

Məlumata görə, buna səbəb Nikol Şenaxanın amerikalı sahibkar İlon Maskla qısa müddətli münasibətdə olması olub.

Bildirilir ki, İlon Mask və Şenaxan arasında 2021-ci ilin payızında yaşanan münasibət Mask və Brin arasında dostluğa son qoyub.

Brinin cari ilin yanvar ayında boşanmaq üçün məhkəməyə müraciət etdiyi bildirilir.

Qəzet yazır ki, nə Brinin, nə də Maskın vəkili məsələ barədə açıqlama verməyib.

Qeyd edək ki, 48 yaşlı milyarder Sergey Brin 2019-cu ilin oktyabr ayında “ClearAccessIP” şirkətinin təsisçisi və baş direktoru Nikol Şenaxanla ailə həyatı qurub. Cütlük iki illik münasibətdən sonra evlənmək barədə qərar qəbul edib. Onların bir qız övladı var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR