İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalı generaldan vurulan obyektlərlə bağlı AÇIQLAMA

Şimali Amerika Hava Hücumundan Müdafiə Komandanlığının (NORAD) rəhbəri, general Qlen van Herk son günlər ABŞ hava məkanında vurulan obyektlərin yad mənşəli ola biləcəyini istisna etməyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə general jurnalistlər üçün keçirilən xüsusi brifinq zamanı danışıb.

ABŞ rəsmisinin fikrincə, yekun dəyərləndirmə kəşfiyyat xidmətlərinin bu barədə müvafiq rəyindən sonra veriləcək.

Xatıradaq ki, son günlər ABŞ qırıcıları Alyaska, Kanada və Huron gölü üzərində mənşəyi və təyinatı naməlum, yüksək hündürlükdə uçan 3 hədəfi vurub.

“UFO ilə bağlı verilən suallara görə təşəkkür edirəm. Mən bu məsələni kəşfiyyat və əks-kəşfiyyatın öhdəsinə buraxıram. Şəxsən özüm hazırkı mərhələdə heç bir versiyanı istisna etmirəm. Havada necə qaldıqlarını izah edə bilmirəm. Ola bilsin ki, strukturun içərisində qazla doldurulmuş bir şar və ya hansısa növ hərəkətverici sistem olub. Bununla belə, onların havada olduqları aydın görünür”, - deyə Qlen van Herk deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR