İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalı generaldan ŞOK İDDİA: Ukrayna 2023-cü ilin avqustuna qədər...

2023-cü ilin avqustuna qədər Ukrayna Krımı geri alacaq.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, belə bir fikri ABŞ ordusunun keçmiş generalı Ben Hodcs “Deutsche Welle” kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiyanın ilhaq etdiyi yarımadaya yalnız iki yol gedir:

"Biri artıq ciddi zədələnmiş Kerç körpüsündən keçir. İkincisi isə Mariupol və Melitopoldan keçən və bu yaxınlarda ukraynalıların da vurduğu quru körpüsüdür".

Bununla belə, Hocsun sözlərinə görə, ukraynalılar üçün qələbə paradını planlaşdırmaq hələ tezdir.

"Çünki ruslar bu münaqişənin davam etməsi ümidi ilə mülki hədəflərə hücumlarını davam etdirəcəklər”, - deyə, amerikalı general söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR