İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikadan ŞOK: Türkiyə ilə İsrail TOQQUŞACAQ, Bakıda KRİTİK görüş... - CANLI

“Suriyada xarici qüvvələrin yerləşdirilməsi ilə bağlı istənilən dəyişikliyin “qırmızı xətt” olduğunu Azərbaycanda Türkiyə tərəfinə açıqladıq”. “Times of Israel” İsrail rəsmisinə istinadən məlumat yayıb. Bildirilib ki, “Türkiyənin Suriyada hərbi bazasının yaradılması İsrailin “qırmızı xətti”dir.

“Dünən Azərbaycanda İsrail və Türkiyə nümayəndələri arasında görüş keçirilib. Görüşdə İsrail birmənalı şəkildə bildirib ki, Suriyada xarici qüvvələrin yerləşdirilməsində hər hansı dəyişiklik, xüsusən də Palmira bölgəsində türk bazalarının yaradılması “qırmızı xətt”dir”. Vurğulanıb ki, belə bir addım İsrail tərəfindən etimadın pozulması kimi qiymətləndiriləcək.
Rusiya ordusu Sum vilayətinin Juravka yaşayış məntəqəsini ələ keçirib. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya ordusunda Ukraynaya qarşı döyüşən 155 Çin vətəndaşı var”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. O, Çin vətəndaşlarının Ukrayna kəşfiyyatı tərəfindən müəyyən edildiyini açıqlayıb.

Ukrayna lideri sosial media vasitəsilə Çin vətəndaşlarının Rusiya tərəfindən hərbi xidmətə cəlb edildiyini və Pekinin bu vəziyyətdən xəbərdar olduğunu bildirib.

O bildirib ki, Ukrayna Təhlükəsizlik Xidməti çinli əsgərlərin adları, doğum tarixləri və tabe olduqları Rusiya hərbi hissəsinin siyahısını tərtib edib.

Zelenski bu şəxslərin Çin hökumətindən birbaşa sifariş alıb-almamasının araşdırıldığını da bildirib.

O, bəyan edib ki, Ukrayna əsir mübadiləsi yolu ilə əsir götürülən çinliləri azad etməyə hazırdır. Çin Xarici İşlər Nazirliyi Zelenskinin bəyanatlarını “əsassız” adlandırıb.

Rusiya məsələ ilə bağlı şərh verməkdən imtina etsə də, ABŞ Müdafiə Nazirliyi vəziyyəti “narahatedici” adlandırıb. Çin isə ittihamları rədd edib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Qədir Aslanla gündəmi müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR