İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerika Zelenskini ŞANTAJ EDİR: Ukrayna bölünməklə ÜZ-ÜZƏ qaldı - qorxunc ŞƏRTLƏR!  

 

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi təyin etdiyi istefada olan general-leytenant Kit Kellog, Ukrayna münaqişəsinin həlli üçün bir sıra təkliflər irəli sürüb.

Musavat.com The Sun saytına istinadla xəbər verir ki, butəkliflər aşağıdakı əsas məqamları əhatə edir:

* Atəşkəs və demilitarizasiya zonası: Mövcud cəbhə xəttində atəşkəs elan edilməsi və demilitarizasiya zonasının yaradılması nəzərdə tutulur.

* Danışıqların təşviqi: Ukraynaya göstəriləcək hərbi yardımın davamlılığı, onun Rusiya ilə danışıqlara hazır olmasından asılı olacaq. Əgər Ukrayna danışıqlara razılaşarsa, ABŞ ona özünü müdafiə etmək üçün kifayət qədər silah təmin edəcək.

* NATO üzvlüyünün təxirə salınması: Ukraynanın NATO-ya üzvlüyü qeyri-müəyyən müddətə təxirə salınacaq. Bu, geniş sülh sazişi və təhlükəsizlik zəmanətləri müqabilində həyata keçiriləcək.

* Ərazi məsələlərinin diplomatik həlli: Ukrayna işğal olunmuş əraziləri geri qaytarmaq hüququndan imtina etməyəcək, lakin bunu yalnız diplomatik yollarla həyata keçirməyi qəbul etməlidir.

* Sanksiyaların mərhələli ləğvi: Rusiya danışıqlara razılaşarsa, ona tətbiq olunan bəzi sanksiyalar qismən yumşaldılacaq və sülh sazişi imzalandıqdan sonra tamamilə ləğv ediləcək.

* Ukraynanın bərpası üçün maliyyə mənbəyi: Ukraynanın bərpası, Rusiyanın enerji resurslarının ixracına tətbiq ediləcək vergilər hesabına maliyyələşdiriləcək.
Bu təkliflər hələlik müzakirə mərhələsindədir və rəsmi təsdiqini tapmayıb. ABŞ administrasiyasının bu plana münasibəti dəqiq açıqlanmayıb. Bununla belə, planın bəzi məqamları, xüsusilə Ukraynanın NATO-ya üzvlüyünün təxirə salınması və hərbi yardımın danışıqlara bağlılığı, mübahisələrə səbəb ola bilər.

Bütün bunlar əslində Ukraynaya qarşı şantaj xarakterlidir, təhdiddir. Biz istədiyimizi etməsəz, sizə silah və yardım verməyəcəyik, deyə, açıq mesajdır.

NATO -ya üzvlük isə mümkün olmayacaq. Hansı ki, müharibə formal da olsa, bu mövzu ətrafında başlamışdı.

Bir sözlə, gözlənildiyi kimi Kollektiv Qərb Ukraynanı yolun və savaşın ortasında buraxmağa, Rusiya ilə münasibətləri normallaşdırmağa hazırlaşır.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Elxan Şıxəliyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR