İnsanlara hürriyət, millətlərə istiqlal!

AMEA-da qəribə olay: Baş direktor ola-ola vəzifəsi vakansiyaya çıxarıldı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun baş direktoru vəzifəsi vakansiyaya çıxarılıb.

Musavat.com xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, təhsil müəssisəsi bununla bağlı müsabiqə elan edib.

Qeyd edilib ki, müsabiqədə vəzifəyə uyğun olaraq AMEA-nın həqiqi və müxbir üzvləri, elmlər doktorları, fəlsəfə doktorları iştirak edə bilərlər.

Müsabiqə elan edilməsinə baxmayaraq, hazırda AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun baş direktoru filologiya elmləri doktoru Fərman Xəlilovdur.

O, açıqlamasında sözügedən vakansiyadan xəbərsiz olduğunu söyləyib. Bildirib ki, işdən çıxmayıb və hazırda işinin başındadır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR