Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Alyaskasında Donald Trumpla baş tutan tarixi görüş ətrafında yeni qalmaqallı iddia ortaya atılıb.
Musavat.com xəbər verir ki, bu dəfə söhbət Rusiya Prezidenti Vladimir Putinin əslində həmin sammitdə iştirak etmədiyi, onun əvəzinə “dublikatının” – yəni saxta Putin obrazını canlandıran şəxsin görüşə qatıldığı barədədir.
Məsələ Ukraynanın tanınmış jurnalisti Dmitri Qordonun “YouTube” kanalında gündəmə gətirilib. O, həmkarı Qalavanovla söhbətində uzun müddətdir irəli sürdüyü fikri bir daha təkrarlayıb: “Putin çoxdan ölüb, onun yerinə görüşlərdə yalnız ‘dvaynikləri’ çıxır”. Qordon iddia edir ki, Alyaska görüşündə də real prezident deyil, məhz belə bir “dvaynik” iştirak edib.
Bu iddia ictimaiyyət tərəfindən absurd və konspirativ yanaşma kimi qiymətləndirilsə də, sosial şəbəkələrdə və mediada geniş rezonans doğurub.
Verilişin tam videosuna buradan baxa bilərsiniz: Dmitri Qordonun kanalı
Musavat.com
18 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ