İnsanlara hürriyət, millətlərə istiqlal!

Almanların yarısı Almaniyanın gələcəyindən bədgümandır - sorğu

Son bir ildə Almaniyanın iqtisadiyyatının inkişaf perspektivlərinə şübhə ilə yanaşan almanların nisbəti, demək olar ki, iki dəfə artıb, indi ölkə sakinlərinin yarısı Almaniyanın dünyanın aparıcı iqtisadiyyatları arasında öz mövqeyini qoruyub saxlaya biləcəyinə inanmır.

Musavat.com xəbər verir ki, bunu “Reuters” agentliyinin sərəncamında olan “Allensbax” ictimai rəyin öyrənilməsi institutunun keçirdiyi sorğunun nəticələri sübut edir.

Sorğu iştirakçılarının 50%-i hesab edir ki, 10-15 ildən sonra ölkə dünyanın aparıcı iqtisadiyyatlarından biri olmaqdan çıxacaq. 2022-ci ildə respondentlərin yalnız 30%-i bu fikri bölüşürdü. Bu dinamika ölkənin hakim koalisiyasının (Almaniya Sosial Demokrat Partiyası, Yaşıllar və Azad Demokrat Partiyası) seçdiyi iqtisadi kursla bağlıdır. Almanların 76%-i hazırkı hökumətin “ölkəni irəli aparmağa” qadir olduğuna şübhə etdiyini bildirib. Respondentlərin 55%-nin fikrincə, Almaniya rəhbərliyinin siyasəti biznesin mövqeyini zəiflədir.

Almaniyanın işgüzar dairələrində də ölkənin iqtisadi perspektivləri ilə bağlı tutqun əhval-ruhiyyə müşahidə olunur. İnstitutun ekspertləri qeyd ediblər ki, müsahibədə iştirak edən biznes liderlərinin 76%-i yüksək enerji qiymətlərinin ölkənin sənayesizləşməsinə gətirib çıxaracağından ehtiyat edir. Baş direktorların 58%-i iqtisadi baxımdan Almaniyanın şöhrət zirvəsinin geridə qaldığını qeyd edib.

Agentlik respondentlərin sayı və sorğunun keçirilmə tarixi barədə məlumat verməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR