İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyanın sirri DEŞİFRƏ OLDU - Məxfi sənədlər üzə çıxdı

ABŞ istehsalı olan F-35 döyüş təyyarələrini almağa hazırlaşan Almaniyanın Müdafiə Nazirliyi nədən narahatdır?

Bundestaq Büdcə Komitəsinə göndərilən məxfi sənəddə Almaniya Müdafiə Nazirliyinin təxminən 10 milyard avroluq alışla bağlı qarşılaşa biləcək “gecikmələr və əlavə xərclərdən” narahat olduğu bildirilib.

Musavat.com xəbər verir ki, məlumata görə, sözügedən sənəd Maliyyə Nazirliyi tərəfindən komissiya üçün Müdafiə Nazirliyinin qiymətləndirmələri əsasında hazırlanıb.

638dd1a74e3fe01a60d94cba.jpg (42 KB)

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən sonra alman ordusunun modernləşdirilməsi üçün 100 milyard avroluq əlavə fond yaradan və bu çərçivədə Tornado döyüş təyyarələri parkını yeniləmək istəyən Berlin mart ayında 35 ədəd F-35 döyüş təyyarəsi alacağını açıqlamışdı.

Almaniya kansleri Olaf Şolz da ötən həftə ABŞ-ın Lockeed Martin şirkəti tərəfindən istehsal edilən və dünyanın ən müasir döyüş təyyarəsi kimi tanınan F-35 təyyarələrinin alınması ilə bağlı müqavilənin bu ilin sonuna qədər tamamlanmasını istədiyini bildirib.

Lakin AFP-nin əldə etdiyi sənədə görə, F-35-lərin yerləşdiriləcəyi Büchel Hava Bazasında ediləcək təkmilləşdirmələrin tədarükün başlayacağı 2026-cı ilə qədər başa çatdırılacağı şübhə doğurur.

F-35-U-2.jpg (206 KB)

Sənəddə bildirilir ki, ABŞ tərəfinin təhlükəsizlik tələbləri kifayət qədər mürəkkəbdir və bu, gecikmələri və xərcləri daha da artıra bilər. Sənəddə, həmçinin F-35-lərin Almaniyada uçuş əməliyyatları üçün lazımi icazələrin alınmaması riskinin olduğu və bunun da reaktivlərin məhdud istifadəsi ilə nəticələnə biləcəyi barədə xəbərdarlıq edilib.

AFP-yə danışan Müdafiə Nazirliyinin sözçüsü deyib ki, məsələlər parlamentlə sıx əməkdaşlıq yolu ilə aydınlaşdırılacaq.

Parlamentdəki mənbələrdən verilən məlumata görə, bu gün Müdafiə Nazirliyində Büdcə komitəsində koalisiya partiyası üzvlərinin iştirakı ilə fövqəladə iclas keçiriləcək. Dekabrın 14-də Büdcə Komitəsinin layihə üçün ilk maliyyə tranşını təsdiq edəcəyi gözlənir.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR