İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyanın “Şimal axını-2” qaz kəməri ilə bağlı mövqeyi dəyişməz qalır

Almaniyanın fevral ayında sertifikatlaşdırılması dayandırılan və bununla da istismarı qeyri-mümkün olan “Şimal axını-2” qaz kəməri ilə bağlı mövqeyi dəyişməyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya hökumətinin nümayəndəsi TASS informasiya agentliyinin müxbirinə deyib.

Fevralın 22-də Almaniya kansleri Olaf Şolts Rusiyanın Donetsk və Luqanskın suverenliyini tanıması səbəbindən “Şimal axını-2” layihəsinin sertifikatlaşdırılmasını dayandırdığını elan edib. Bir müddət sonra ABŞ Prezidenti Cozef Baydenin administrasiyası tərəfindən “Şimal axını-2 AG” layihəsinin operatoruna və rəhbərliyinə qarşı sanksiyalar tətbiq olunub.

Qeyd edək ki, “Şimal axını-2” qaz kəmərinin tikintisi 2021-ci il sentyabrın 10-da tam başa çatıb. Rusiya sahillərindən Baltik dənizi vasitəsilə Almaniyaya qədər uzanan kəmərin ümumi tutumu ildə 55 milyard kubmetrdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR