İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyanın “pul istəyirsənsə, Rusiyaya qarşı çıx” şərti

Ermənistan Qərbin pul tələsinə düşməyə həvəslənir 

“Almaniya Rusiya sərhədçilərinin Ermənistandan tezliklə çıxarılmasında maraqlıdır və anti-Rusiya addımları müqabilində Berlin İrəvana maliyyə yardımı təklif edir”. 

Bu barədə Rusiya mediası yazır. İddia olunur ki, Almaniya Ermənistanı Qərbin anti-Rusiya siyasətinə sürükləməyə çalışır. "Berlinin vəzifəsi İrəvanla Moskva arasında mümkün qədər ixtilaf yaratmaqdır. Almanlar Rusiya sərhədçilərinin Ermənistan ərazisindən tez çıxarılmasında və dövlət aparatını, o cümlədən silahlı qüvvələrin, kəşfiyyat xidmətlərinin və hüquq-mühafizə orqanlarının Rusiyaya rəğbəti olanlardan təmizləməkdə maraqlıdır. Bunun müqabilində isə Berlin İrəvana maliyyə və texniki yardım göstərməyi, o cümlədən Paşinyan hökumətinə Qarabağ bölgəsini tərk etmiş erməniləri kütləvi mühacirətdən saxlamaq səylərinə maddi dəstək verməyi təklif edir". 

Yada salaq ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok noyabr ayında Ermənistanda rəsmi səfərdə olub. Almaniyalı nazir İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında diqqətçəkən bəyanat vermişdi. O deyib ki, həm Almaniya, həm də Ermənistan Rusiyadan enerji təchizatından əhəmiyyətli dərəcədə asılıdır: “Biz Ermənistanın Rusiyadan necə asılı olduğunu da başa düşürük. Bunu bir gündə dəyişmək olmaz. Amma siz onu da bilirsiniz ki, asılılığı azaltmaq üçün bizə etibarlı tərəfdaşlar lazımdır. Enerji təhlükəsizliyini təmin etmək üçün yeni layihələrə, yeni infrastrukturlara ehtiyacımız var”. 

Berbok Qarabağı könüllü tərk etmiş ermənilərlə görüşüb, onlara dəstək ifadə edib. Maddi dəstəyə gəlincə, Almaniya hökuməti Ermənistana 84,6 milyon avro məbləğində yardım paketini təsdiqləyib. 

Azər Badamov: “Yaxın illərdə idxaldan asılılığımız xeyli azalacaq”

Azər Badamov

Deputat Azər Badamov Almaniyanın II Dünya müharibəsinin  heyfini çıxmaq niyyətində olduğunu düşünür:  “Almaniyanın dövlət rəhbərliyi faşizmin dirçəldilməsi arzusundadır və bu gün hələ də 1945-ci ildə müharibədə uduzmağın acısını yaşayır. Məhz onun göstəricidir ki, Ukrayna müharibəsinə görə ABŞ-ın  Rusiyaya qarşı elan etdiyi sanksiyalara birinci qoşulub. O cümlədən Ukraynadan ən çox qaçqın qəbul edib, hərbi yardımlar göstərir və Rusiya-Ukrayna müharibəsinin mümkün qədər uzanmasına çalışır. O cümlədən Ermənistanı hər vasitə ilə Rusiyanın təsiri altından çıxartmağa çalışır. Ona görə də Ermənistana Rusiya sərhədçilərini ölkəsindən çıxaracağı və rusiyayönümlü kadrları hakimiyyətdən uzaqlaşdıracağı təqdirdə maliyyə və texniki dəstək göstəriləcəyi deyilir. Qarabağı könüllü tərk etmiş ermənilərə maliyyə yardımları göndərir. Məqsəd isə Rusiyanı mümkün qədər təcrid etmək, müharibələrə sövq etmək və zəiflətməkdir. Ermənistana gəldikdə isə bu ölkə Rusiyadan birbaşa asılıdır. Paşinyan hakimiyyəti siyasətini Qərblə, iqtisadiyyatını isə Rusiya ilə davam etdirməyə can atır. Bu da mümkün məsələ deyil. Çünki iqtisadiyyat siyasətin vektorlarını müəyyən edir. Almaniya nə qədər çalışsa da, Ermənistanı Rusiyadan uzaqlaşdıra bilməyəcək. Məhz onun göstəricidir ki, Rusiyanın iştirak etdiyi KTMT və digər tədbirlərindən imtina edən Ermənistan Peterburqda keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi sammitinə qaça-qaça getdi. Rusiyanın Ermənistanda mövcudluğu uzun illər davam edəcək. Bəlkə də Rusiyanın Ermənistanda hərbi mövcudluğu əbədi olacaqdır”.

Universitetlər özəlləşdirilməlidir - Niyaməddin Orduxanlı - GlobalInfo.az

Niyaməddin Orduxanlı

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı hesab edir ki.  Avropa rus qazı olmadan yaşaya bilməz: “Qərb çox yaxşı bilir ki, Rusiya Ermənistana böyük təsir etmək gücündədir və birbaşa Ermənistan Rusiyadan asılı vəziyyətdədir. Tək enerji, qaz, neft asılılığı deyil, bütün mənalarda asılıdırlar. Məgər Almaniyanın özü belə bu gün Putindən asılı deyil? Almaniyanın rəhbərliyində olan siyasətçilərin, məmurların çoxu Rusiyadan asılı durumdadır. Çoxlarını Putin pulun müqabilində əldə edib. Almaniya, o cümlədən Avropanın özü bu gün tək qaz təchizatına görə Rusiyadan asılı deyil? Putin Avropanı bu qış gecəsi dondura bilər. Sadəcə, Almaniya ABŞ-ın Rusiyaya olan münasibətinə görə üzdə bu cür bəyanatlar verirlər. Paşinyan da çox yaxşı bilir ki, Putin heç zaman razı olmaz ki, Ermənistandan rus qoşunları çıxarılsın. İndiki vəziyyətdə Paşinyan mümkün qədəri ilə Avropadan "nə qoparsaq, qənimətdir" prinsipini işə salıb. Almaniya Qarabağdan köçən ermənilərlə bağlı verdiyi bəyanatda ermənilərin könlünü xoş etmək üçün edir. Xal qazanır. Ermənilər onsuz da dilənməyi xoşlayırlar. 100 milyon avro ilə nəyi həll edə bilərlər ki?! Rusiya ermənilərə qazı, nefti su qiymətinə verir. Bütün infrastruktur Rusiyanın əlindədir. Putin Ermənistanı özünün subyekti kimi görür.   Ermənistan faktiki indiki situasiyada həm Qərbdən, həm ABŞ-dan, həm də Rusiyadan nə qədər çox qoparmaq haqqında düşünür. Erməni xislətinə uyğun davranır. Rus hərbçilərinin narkotiklə həbs olunmasına gəldikdə isə, inanmıram ki, ermənilər bundan artıq qabağa getmiş olsunlar. Yaxın günlərdə hərbçilərin azad olunmasını görəcəyik".

Beş dəqiqə... - Kənan Novruzov yazır

Kənan Novruzov

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov isə Ermənistana edilən pul təklifini təsadüfi saymır: “Qərb uzun müddətdir ki, Ermənistanı Rusiyadan qoparmağa çalışır. Bunun üçün müxtəlif vasitələrdən istifadə olunur. Almaniya da belə Qərb ölkələrindəndir. Bu dövlətlərin əsas məqsədi Rusiyanın mövqelərini zəiflətməkdir. İrəvanla Moskva arasında yaranan və getdikcə daha da gərginləşən, geri dönüşü olmayan ixtilaf məhz Qərb ölkələrinin səylərinin nəticəsidir. Qərbin, o cümlədən Almaniyanın sifarişinin icrası qarşılığında Ermənistana pul təklif etməsi də təsadüfi deyil. Çünki başa düşürlər ki, İrəvanın indi maliyyəyə ehtiyacı var...”

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR