İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyanın müdafiə naziri: "Qarşıdakı həftələr Ukrayna üçün olduqca həlledicidir"

Qarşıda gələn həftələr Ukrayna üçün olduqca həlledici olacaq.

AZƏRTAC xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius “Bloomberg” agentliyinə açıqlamasında deyib.

Onun sözlərinə görə, söhbət Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiyanın hücumunu dəf etməkdən gedir.

"Üç ay ərzində biz Ukraynada etibarlı hava hücumundan müdafiə sisteminin yaradılmasına nail olmalıyıq", - deyə nazir bildirib.

Bundan əvvəl Boris Pistorius qeyd edib ki, Almaniyanın “Leopard 2” əsas döyüş tankları bu ilin mart-aprel aylarında Ukraynaya verilə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR