İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada yanğından sonra "zəhərli maddə" panikası - 140 nəfər təxliyyə edildi

Almaniyanın Hamburq şəhərində anbarda baş verən yanğınla əlaqədar zəhərli qaz ehtimalına görə 140-a yaxın insan ərazidən təxliyə edilib.

Musavat.com xəbər verir ki, əsasən əfqan və türklərin ikinci əl mallarının satıldığı anbarda naməlum səbəbdən yanğın baş verib.

Kiçik bir yanğın olaraq xarakterizə edilən hadisə, tüstünün səmanı bürüməsi insanları qorxuya salıb.

Ətraf rayonlarda yaşayan əhalinin mobil telefonlarına evdən çölə çıxmamaq, pəncərələri, kondisionerləri açmamaq barədə xəbərdarlıq mesajları göndərilib.

Küləyin təsiri ilə tüstü 3-4 kilometr aralıda olan şəhər mərkəzinə doğru hərəkət edib. Polis zəhərli qazla bağlı ən azı 140 nəfəri ərazidən təxliyə edib. Hadisə yerində olan polis və yanğınsöndürənlər də xüsusi maskalar taxıblar.

Musavat.com 

almanyada-yangin-sonrasi-zehirli.jpg (268 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR