İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada qanunsuz pulların yuyulmasına qarşı lazımınca mübarizə aparılmır

Qanunsuz yolla əldə edilmiş pulların yuyulmasına qarşı mübarizə üzrə beynəlxalq ekspertlər Almaniyanı kəskin tənqid edirlər. Onların fikrincə, AFR-də bu məqsədlə görünən tədbirlər lazımi səviyyədə deyil və ümumiyyətlə bu proses qənaətbəxş deyil.

AZƏRTAC “Şpigel” jurnalında nəşr edilmiş materiala istinadla xəbər verir ki, Almaniya qanunsuz yolla əldə edilmiş pulların yuyulması üzrə dünyada ən iri mərkəzlərdən biri olduğuna baxmayaraq, bu ölkədə təqsirkarların yalnız az bir qismi məsuliyyətə cəlb edilir.

Ölkənin federal vergi xidmətinin təzə məruzəsində bir sıra qüsurlar, o cümlədən əllərində iri məbləğlər olan şəxslərə nəzarət olunmaması qeyd edilir. Bu, ilk növbədə daşınmaz əmlak agentlərinə aiddir. Hesabatda bildirilir ki, Almaniya riskləri bilə-bilə problemin aradan qaldırılması üçün lazımi tədbirləri görmür. Bu reytinq üzrə Almaniya Fransadan çox geri qalır. Nəticədə həm ölkənin imicinə xələl gətirilir, həm də hakimiyyət orqanları pulların yuyulmasına qarşı mübarizə işi barədə hər il müşahidə orqanı qarşısında hesabat verməyə məcbur olur.

Ölkə pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi üzrə ciddi risklərlə üzləşir. Keçən il bu qəbildən olan iqtisadi cinayətlərə görə cəmi 1000 nəfər məsuliyyətə cəlb edilib, halbuki bu maddələr üzrə qaldırılmış cinayət işlərinin sayı 37 minə çatırdı.

Eyni zamanda AFR-də bu prosesin cəza hissəsi sadələşdirilib. İttiham hökmü olmadığı halda pulların müsadirə edilməsi ona gətirib çıxarır ki, vergiləri ödəməyənlər hər il özlərinin bəyan edilməmiş gəlirlərinin xeyli hissəsini itirirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR