İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada növbəti Rusiya casusu qalmaqalı  

 

Dekabrda həbs edilən Almaniya Federal Kəşfiyyat və Əks Kəşfiyyat Xidmətinin (BND) əməkdaşı Karsten L. Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin göstərişlərini yerinə yetirirmiş.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb.

Verilən informasiyaya əsasən, bu adam ötən ilin payızında Amerikanın HIMARS reaktiv yaylım atəş sistemlərinin yerləşdirilməsi, habelə Almaniyanın İris-T hava hücumundan müdafiə sistemi ilə bağlı məlumat əldə etməyə çalışıb. Rusiya tərəfi casusluqda şübhəli bilinən şəxsin xidmətlərinə görə yaxşı pul ödəyib. BND əməkdaşının üzərinə baxış zamanı milyon avrolar aşkar edilib.

İstintaq zamanı məlum olub ki, FTX vasitəçi Artur E. (o da bu yaxınlarda həbs olunub) vasitəsilə Karsten L.-yə ABŞ və Almaniyadan Ukraynaya gətirilən bütün qurğuların GPS məlumatlarını mümkün qədər dəqiq öyrənməyi tapşırıb.  Rəsmi dairələrin təsbitlərinə əsasən, hələlik bu məlumatların hamısının Rusiya xüsusi xidmətinə ötürülməsi ehtimalı azdır.

İş o qədər böyükdür ki, Almaniya federal prokurorluğu baş prokuror Peter Frankın şəxsən rəhbərliyi altında vətənə xəyanətdə şübhəli bilinən Karsten L. və Artur E. Haqqında xüsusi araşdırmaya başlayıb.

Həmkarları Karsten L.-ni əvvəldən radikal sağçı fikirləri ilə tanındığını bildiriblər. Bu şübhələr BND-də müntəzəm təhlükəsizlik yoxlaması zamanı təsdiqlənib. Lakin buna rəğmən, Karsten idarədə bölmə müdiri vəzifəsinə qədər yüksəlməyi bacarıb. Əvvəllər o, uzun müddət texniki casusluq sahəsində çalışıb.

Onun şübhəli ortağı Artur E. isə Münhen hava limanında ABŞ-a səfərdən qayıdarkən saxlanılıb. Rus kökənli bu alman iş adam yanvarın əvvələrindən Mərkəzi Kəşfiyyat idarəsi tərəfindən izlənilirmiş. İddiaya görə, o, Karsten L. ilə ailəsi ilə birlikdə yaşadığı Veylhaym şəhərində (Bavariya) bir məclisdə tanış olub. Artur E. Karsten L.-nin Alman kəşfiyyatından əldə etdiyi məxfi materiallarını ən azı iki dəfə FTX-nə təhvil verib. İş adamı iddia edir ki, BND əməkdaşının ona verdiyi bağlamaların içindən xəbəri olmayıb. Der Spiegel-ə görə, Artur E. həmçinin Karsten L.-yə rusların milyonluq mükafat zərflərini çatıdırb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR