İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada iki nəfər aptekdə girov götürülüb

Almaniyanın Baden-Vürtemberq federal əyalətinin Karlsrue şəhərindəki aptekdə iki nəfər girov götürülüb.

APA xəbər verir ki, bu barədə “Süddeutsche Zeitung” qəzeti məlumat yayıb.

Polis girovları azad etmək üçün xüsusi əməliyyat keçirir.

Onların azadlığa buraxılması üçün 1 milyon avro pul tələb edilir.

Polis əhali üçün heç bir təhlükə olmadığını qeyd edib.

***

Almaniyanın Karlsrue şəhərində naməlum şəxsin iki nəfəri girov saxladığı aptekə taktiki geyimdə olan bir neçə polis məmuru hücum etməyə başlayıb.

APA xəbər verir ki, bu barədə “Reuters“ hadisə şahidinə istinadən məlumat yayıb.

Məlumata görə, əməliyyat aparılan ərazidə partlayış səsləri eşidilir. Təfərrüatlar açıqlanmır.

Qeyd edək ki, naməlum şəxs aptekdə 2 nəfəri grov götürüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR