İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada dəhşət: qadın avtobusdakı insanlara hücum etdi

Almaniyanın qərbində yerləşən Zigen şəhərində qadının avtobusda bıçaqla hücumu nəticəsində ən azı beş nəfər yaralanıb.

Publika.az xəbər verir ki, üç nəfərin vəziyyəti ağırdır.

Polisin məlumatına görə, avtobus Zigen şəhərində keçirilən şəhər festivalına gedirmiş. Cinayət zamanı avtobusda ən azı 40 sərnişin olub.

Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları bunun terror aktı olduğunu hesab etmirlər. Qadın saxlanılıb. Onun 32 yaşı var. O, almandır və ruhi xəstə və ya narkotikin təsiri altında ola bilər.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR