Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin üçüncü rübündə Almaniyanın ÜDM-i gözlənilmədiyi halda əvvəlki üç ayla müqayisədə 0,2 faiz artıb.
Musavat.com xəbər verir ki, məlumatı Almaniya Federal Statistika İdarəsi (Destatis) açıqlayıb.
"Trading Economics" analitiklərinin konsensus proqnozu 0,1 faiz azalma nəzərdə tuturdu.
Destatis qeyd edir ki, iqtisadi artım hökumət və istehlak xərclərinin artması ilə şərtlənir. İllik ifadədə iyul-sentyabr aylarında ölkənin ÜDM-i illik ifadədə iş günlərinin sayında dəyişikliklər nəzərə alınmaqla 0,2 faiz azalıb. Analitiklər orta hesabla 0,3 faiz azalma gözləyirdilər.
Yenidən işlənmiş məlumatlara görə, Almaniya iqtisadiyyatı ikinci rübdə həm rüblük, həm də illik müqayisədə 0,3 faiz kiçilib. Daha əvvəl məlumat verilmişdi ki, ölkədə ÜDM birinci rüblə müqayisədə azalıb və illik ifadədə dəyişməyib.
Üçüncü rüb üçün Almaniyanın ÜDM dinamikası ilə bağlı yekun məlumatları noyabrın 22-də Destatis dərc edəcək.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ