İnsanlara hürriyət, millətlərə istiqlal!

“Almaniya və Fransa Donbas sakinlərinə təzminat ödəməlidir”- Volodin

“Almaniya və Fransa Donbas sakinlərinə təzminat ödəməlidir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün “Teleqram” kanalında bildirib.

O, Almaniyanın keçmiş kansleri Angela Merkelin Minsk razılaşmalarının bilərəkdən yerinə yetirilməməsi ilə bağlı sözlərini belə şərh edib.

“Merkelin etirafından sonra Almaniya və Fransa Ukraynada baş verənlərə görə mənəvi və maddi məsuliyyət daşıyırlar. Onlar Donbas sakinlərinə 8 illik soyqırım və ziyana görə təzminat ödəməli olacaqlar”, – Volodin yazıb.

Volodinin fikrincə, Ukraynadakı hazırkı vəziyyət Fransa və Almaniya liderlərinin ikiüzlü siyasətinin nəticəsidir: “2014-cü ildə bu ölkələrin xarici işlər nazirləri Ukraynanın qanuni hakimiyyəti ilə müxalifəti arasında barışıq sənədi imzalayıblar. Lakin hər şey Kiyevdə dövlət çevrilişi və Donbasın altı milyon əhalisinin soyqırımı ilə başa çatıb. Bundan sonra Almaniya və Fransa Minsk razılaşmalarının bağlanmasında iştirak etdilər. Beynəlxalq müqavilənin öhdəliklərinin əvvəlcədən planlaşdırılaraq yerinə yetirilməməsi cinayətdir”.

Qeyd edək ki, Merkel “Die Zeit” nəşrinə müsahibəsində Minsk razılaşmalarının Ukraynaya qalib gəlmək və güclənmək üçün vaxt verdiyini bildirib. Onun fikrincə, razılaşmaların bütün iştirakçıları başa düşdülər ki, Ukraynada münaqişə sadəcə dayandırılıb, problem isə həll olunmamış qalır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR