İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya şirkətləri “Tesla” avtomobillərindən imtina edirlər

Almaniyada bir neçə şirkət İlon Maskın hərəkətlərinə görə gələcəkdə yeni “Tesla” avtomobillərindən imtina etmək niyyətini açıqlayıb.

Musavat.com xəbər verir ki, məlumatı DPA agentliyi yayıb.

Bildirilir ki, artıq bu qərara gələn iki şirkət məlumdur - elektrik enerjisi təchizatçılarından - Baden-Vürtemberq federal əyalətindən “Badenova” və Hamburqdan “Lixtblik”. Böyük məişət əşyaları və kosmetika mağazaları şəbəkəsi “Rossmann” bu qərarə yaydan açıqlamışdı. Aşağı Saksoniyada yerləşən Viebrockhaus tikinti şirkəti də agentliyin qeyd etdiyi kimi, avtomobil istehsalçısının məhsullarını almağı tamamilə dayandırmaq qərarına gəlib.

“Tesla” şirkəti bu məlumatı şərh etməyib.

Qeyd edək ki, Mask ABŞ-da prezident seçkilərindən sonra Almaniyanın daxili işlərinə açıq müdaxilə sayılacaq çıxışlar edir, Almaniya siyasi rəhbərliyini aşağılayan fikirlər səsləndirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Yanvar 2025

24 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR