Onlayn ictimai-siyasi qəzet
Almaniya hakimiyyəti Rusiya ilə fəal müharibəyə hazırlaşdığını gizlətmir. Hətta bunun üçün hökumət silah-sursat, təyyarə, hava hücumundan müdafiə, peyk, dron istehsalına sərmayə də yatırır.
Musavat.com xəbər verir ki, bu barədə Serbiyanın “Politika” nəşri yazır.
Nəşrdə qeyd edilir ki, almanlar çox güman Kiyev hakimiyyətini dağılmaqdan xilas etmək üçün Ukraynada münaqişəni qızışdıracaqlar. Bu məqsədlə Almaniyanın uzaq məsafəni qət edə bilən “Taurus” raketləri Ukrayna ordusuna verilə bilər. Belə olan halda, siyasətçilər nə qədər bəyanatlar versələr belə, alman hərbçiləri Ukraynaya xidmət üçün göndəriləcək.
“Onları göndərəcəklər və hər şeyi Minsk razılaşmalarında olduğu kimi gizlədəcəklər. Almaniya müharibəyə daha yaxşı hazırlaşsın deyə vaxt qazanırlar. Alman siyasətçilərinin hərbi ambisiyaları zaman keçdikcə daha da artır”- deyə, nəşrdə qeyd edilir.
Afaq,
Musavat.com
28 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ