İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya prezidenti Ukraynaya səfəri zamanı sığınacaqda gizlənməli olub - FOTO, VİDEO

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Ukraynaya səfəri zamanı sığınacaqda gizlənməli olub.

Musavat.com xəbər verir ki, onun Koryukovkaya səfəri zamanı şəhərə hava hücumu başlayıb. Frank-Valter Ştaynmayer Çerniqov vilayətində sığınacağa yerləşdirilib və prezident orada bir saatdan çox qalıb.

Bu barədə prezidenti səfərdə müşayiət edən alman jurnalistlər məlumat veriblər. Hava hücumu Ştaynmayer Koryukovski meri Ratan Əhmədovla danışarkən başlayıb.

Məlumatı Çerniqov vilayət hərbi administrasiyasından təsdiqləyiblər. 

Şəhər rəsmiləri və yerli sakinlər də hava hücumu başlayanda Almaniya prezidenti ilə birlikdə sığınacağa enməli olublar. Frank-Valter Ştaynmayer sığınacaqda yerli sakinlərin hekayələrini, işğaldan necə xilas olduqlarını, rus tanklarını necə dayandırdıqlarını dinləyib. 

 

Musavat.com

fffı.jpg (93 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR