Onlayn ictimai-siyasi qəzet
Almaniyanın qərbində yerləşən Moers şəhərində (Şimali Reyn-Vestfaliya) polis əməkdaşları yoldan keçənlərə iki bıçaqla hücum edən 26 yaşlı kişini güllələyiblər.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Moers və Duysburq polisinin, eləcə də Kleve şəhər prokurorluğunun birgə bəyanatında deyilir.
Hadisənin çərşənbə axşamı saat 14:45 radələrində baş verdiyi bildirilir. Şəhər küçələrinin birində naməlum şəxs yoldan keçənlərə hücum edərək hədələyib. Polis hadisə yerinə gəldikdən sonra cinayətkar iki bıçaqla hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edib. “Əməliyyat zamanı polis odlu silahdan istifadə etməli olub. Nəticədə 26 yaşlı hücumçu ölümcül yaralanıb. Başqa heç kim xəsarət almayıb”, - məlumatda deyilir.
Polisin məlumatına görə, hücum edən şəxsin Almaniya vətəndaşlığı olub. Duysburq kriminal polisi hüquq-mühafizə orqanları əməkdaşlarının odlu silahdan istifadə etməsi ilə bağlı komissiya yaradıb. Hazırda hadisənin başvermə şəraiti də araşdırılır.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ