İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Müdafiə naziri Trampı ifşa etdi: “Avropanı yox, özünü satdı”



Almaniyanın müdafiə naziri Boris Pistorios ABŞ-ın keçmiş prezidenti Donald Trampın Avropaya xəyanət etmədiyini, əslində özünü aldatdığını bildirib.

Musavat.com xəbər verir ki, o, bu fikirləri Almaniyanın Deutschlandfunk radiosuna verdiyi müsahibədə səsləndirib.

Jurnalistin "Tramp Avropaya xəyanət etdimi?" sualına cavab verən Pistorios belə deyib:

“Xeyr, mən belə deməzdim. O, daha çox özünü satdı. Məncə, o, Vladimir Putinlə danışıqlar zamanı situasiyanı düzgün qiymətləndirmədi – ya da Amerikanın prezidenti olaraq öz gücünü olduğundan artıq hesab etdi. Mənə görə, ilk səhv hələ danışıqlar başlamadan baş verdi – o, Ukraynanın NATO-ya üzvlüyü məsələsini danışıqlardan kənar tutdu və Rusiyanın ərazi iddialarını faktiki olaraq qəbul etdi. Bu, yolverilməzdir, xüsusilə də danışıqlardan əvvəl belə bir mövqe qəbul etmək olmaz. Bu, atəşkəs və ya sülh danışıqları üçün olduqca uğursuz başlanğıc nöqtəsidir.”

Müxbirin “Bəs bu, Avropaya xəyanət deyilmi?” sualına isə nazir belə cavab verib:

“Bəli, amma birbaşa mənada yox. Avropaya xəyanət etdiyini demək, onun məqsədinin bu olduğunu iddia etməkdir. Mən ona belə bir niyyət aid etmirəm. Sadəcə olaraq, o, öz diplomatik mövqeyini düzgün qiymətləndirmədi – məsələ bundadır.”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 May 2025

BÜTÜN XƏBƏRLƏR