İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya iqtisadiyyatı kadr çatışmazlığı problemiylə üzləşib

Almaniya iqtisadiyyatı ixtisaslı kadr çatışmazlığı səbəbindən hər il milyardlarla avro gəlirdən məhrum olur.

Alman İqtisadiyyatı İnstitutunun hesablamalarına əsasən, əgər bu il Almaniya müəssisələrində yetərli ixtisaslı kadrlar olsaydı, alman şirkətlərinin gəlirləri əlavə olaraq 49 milyard avro artardı.

Qeyd edilib ki, keçən il Almaniyada 570 min iş yeri vakant olub. Bu, Almaniyada müəssisələrin istehsal potensiallarını tam reallaşdırmamasına gətirib çıxarır.

Alman İqtisadiyyatı İnstitutu yaxın illərdə kadr çatışmazlığının daha da artacağını proqnozlaşdırır. Bunun nəticəsində 2027-ci ildə itiriləcək istehsal potensialı 74 milyard avro həcmində proqnozlaşdırılır. Buna görə də çıxış yol olaraq ixtisaslı miqrantların ölkəyə cəlb edilməsi vacib sayılır. Eyni zamanda əmək fəaliyyəti üçün yaş həddinin artırılması da məqsədəuyğun sayılır, müəssisələrə yaşlı və təcrübəli əməkdaşlarını işdə saxlamaq üçün cəlbedici təkliflər təqdim etmək təklif olunur.//APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR