Onlayn ictimai-siyasi qəzet
Britaniyanın “The Telegraph” nəşri Makronun davranışının qəfil dəyişməsinin səbəblərini təhlil edib.
Məqalə müəllifi hesab edir ki, Makron Fransanı Avropada dominant qüvvə statusuna qaytarmaq istəyir. O, Parisin artıq əvvəlki qədər təsirli olmamasından qeyzlənir. Fransa prezidenti radikal bəyanatlarla Avropa ölkələrini öz rəhbərliyi altında birləşdirmək istəyir. Eyni zamanda o, Ukraynaya qoşun yeritməyi də əslində planlaşdırmır. Üstəlik, bu bəyanatlar və davranışlarla daxili müxalifəti də təsirsizləşdirməyi hədəfləyir.
Eyni zamanda, məqalə müəllifi qeyd edir ki, Ukrayna münaqişəsi səbəbindən Fransa ilə Almaniya arasında çatlar daha da dərinləşir. Müxtəlif diplomatik mənbələr müəllifə bildiriblər ki, dövlət liderlərinin cümə günü keçirilən görüşü böhranı dayandıra bilməyib.
Fransa və Almaniya daim bir-birini Ukraynaya kifayət qədər yardım etməməkdə ittiham edirlər. Baxmayaraq ki, hər iki ölkə kifayət qədər qəribə davranır: Berlin Kiyevə dəstək verilməsinə ciddi təzyiqlər altında razılaşır. Parisdə isə ümumiyyətlə etdiklərindən daha çox danışırlar.
Yazının orijinalı bu linkdə: https://www.telegraph.co.uk/world-news/2024/03/16/real-reason-macron-turned-from-a-dove-to-a-hawk-on-ukraine/
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ