İnsanlara hürriyət, millətlərə istiqlal!

"Almaniya daha çox qaçqın qəbul edəcək"

Almaniya 2015-ci ildəki miqrasiya böhranına nisbətən daha çox qaçqın qəbul edəcək.

"Report" xəbər verir ki, bu barədə "Welt am Sonntag" qəzeti məlumat yayıb.

Proqnozlara əsasən, 7 il bundan əvvəl böhranın pik nöqtəsində 890 min qaçqın qəbul edən ölkədə bu rəqəm 1,2 milyon təşkil edəcək.

Nəşrin məlumatına görə, göstərilən müddət ərzində təkcə Ukraynadan Almaniyaya 1 milyondan çox insan gəlib. Bundan əlavə, oktyabrın sonunadək Suriya, Əfqanıstan, Türkiyə, İraq və digər ölkələrin vətəndaşlarından 181 612 sığınacaq müraciəti daxil olub.

Almaniya Daxili İşlər Nazirliyi bildirib ki, bu il hakimiyyət miqrantların qəbulu və yerləşdirilməsi üçün 3,5 milyard avro ayırıb və 2023-cü ildə daha 2,75 milyard avro ayrılacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR