İnsanlara hürriyət, millətlərə istiqlal!

“Almaniya 2023-cü ildə tənəzzüldən qaça bilməyəcək”

“Almaniya iqtisadiyyatı gələn il tənəzzüldən qaça bilməyəcək. Amma bu o demək deyil ki, ölkə dərin maliyyə böhranına düşəcək”.

“Report” xəbər verir ki, bunu Almaniyanın ən böyük maliyyə qurumu - "Deutsche Bank"ın rəhbəri Kristian Zevinq Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Vaşinqtonda keçirilən illik toplantısı çərçivəsində deyib.

“2023-cü ildə tənəzzüldən qaça bilməyəcəyik. Lakin tənəzzül depressiya demək deyil. Ən əsası Almaniyanın bu tənəzzüldən tez bir zamanda çıxmasıdır”, - deyə, o bildirib.

K.Zevinq bildirib iqtisadi tənəzzülün nə qədər ciddi olacağı yardım paketlərinin necə işləməsindən asılı olacaq. Onun fikrincə, Almaniya möhkəm orta şirkətlərlə güclü iqtisadiyyata malikdir:

“Amma yaxın on iki ayda iflasların sayı xeyli artacaq. Alman və Avropa banklarının etibarlılığı mütləqdir. Amma indi ilk növbədə inflyasiyanın nəzarət altına alınması vacibdir. Ona görə də hazırda mərkəzi bankların faiz dərəcələrini artırması da düzgündür”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR