İnsanlara hürriyət, millətlərə istiqlal!

Alman ordusuna BÖYÜK ŞOK! Həqiqət ortaya çıxdı - Zirehli maşınlar...

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bir çox Avropa ölkəsi silahlanmağa ayırdıqları büdcəni artırmağa qərar verib. Bu ölkələrdən biri olan Almaniyada "Puma" qalmaqalı ölkənin bir nömrəli gündəminə çevrilib.

Musavat.com xəbər verir ki, alman ordusunun inventarında olan Puma tipli zirehli maşınlar NATO-nun "Speerspitze" təlimində ciddi texniki problemlərlə üzləşib. Təlimdə iştirak edən 18 “Puma” yüksək texnologiyalı zirehli maşınlarının heç birinin vəzifəyə hazır olmadığı bildirilib.

10-cu Zirehli Diviziyanın komandiri, general-mayor Ruprchet Von Butler bu barədə ordu rəhbərliyinə və Almaniyanın Müdafiə Nazirliyinə məktub göndərib.

Butler məktubunda qeyd edib ki, vəzifəyə hazır olan son iki "Puma"da 1,5 saatlıq atış məşqindən sonra qüllə problemləri ilə bağlı nasazlıq yaranıb.

63a03e4a4e3fe01358609f33.jpg (100 KB)

Ölkə mətbuatında yer alan xəbərə görə, təlimdə iştirak edən “Leopard 2” tanklarında xidmətə hazırlığın 80-90 faiz arasında olduğu, zərərlərin adətən gecə saatlarında təmir edildiyi bildirilib. Lakin "Puma"ların vəzifəyə hazırlığının təlimin sonuna doğru sıfıra düşdüyü ifadə edilib.

Xəbərdə yüksək texnologiyalı "Puma" zirehli maşınların elektronikasının nasazlığa meyilli olduğuna, hətta maşınlardan birinin sürücü kabinəsində kabelin alovlandığına diqqət çəkilib.

General-mayor von Butler sözgedən zirehli vasitələrin vəzifəyə hazır olmasının bir neçə ay çəkəcəyini bildirib. "Puma"ların 2023-cü ilin aprel ayına qədər hazır olmayacağını dilə gətirən general-mayor məktubunda köhnə model “Marder” tipli zirehli maşınların NATO Qüvvələrində istifadəsini tövsiyə edib.

Qeyd edək ki, Butler diviziyasının 37-ci Mexanikləşdirilmiş Piyada Briqadası gələn il NATO-nun “Çox yüksək hazırlıqlı birgə işçi qüvvəsi”nin əsasını təşkil etməli idi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR