Onlayn ictimai-siyasi qəzet
Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Bruno Kal Ukrayna müharibəsi ilə bağlı qalmaqallı açıqlama verib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, müharibənin uzanması Avropa üçün təhlükəsizlik baxımından daha əlverişlidir.
“Döyüşlərin tez bir zamanda bitməsi Rusiyanın Qərbi sınamaq üçün yeni cəhdlər etməsinə səbəb ola bilər. Bu riskin qarşısını almaq üçün Ukrayna müharibəsinin daha 5 il davam etməsi Avropa üçün daha təhlükəsiz olardı”, — deyə Kal vurğulayıb.
Bu açıqlama beynəlxalq arenada geniş müzakirələrə səbəb olub. Ekspertlər hesab edirlər ki, Kalın sözləri Avropanın münaqişəyə olan strategiyasını və Rusiyanın potensial təhdidlərini ön plana çıxarır.
Musavat.com
09 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ