İnsanlara hürriyət, millətlərə istiqlal!

Alman bankından fransız şirkətinə böyük pislik: “Saxlamayın”, “satın”

Almaniyanın Deutsche Bank analitikləri dünyanın ən böyük kosmetika istehsalçısı olan “L'Oreal”ın səhmləri üzrə tövsiyələrini "saxlamaq"dan "satmaq"a, proqnoz kotirovkasını isə 385 avrodan 350 avroya endiriblər.

“MarketWatch”ın yaydığı məlumata əsasən analitiklər hesab edirlər ki, fransız şirkəti “bir çox cəhətdən unikal olsa da” ortamüddətli perspektivdə Çin iqtisadiyyatının artımının ləngiməsi və dermatoloji brendlərə tələbatın azalması kimi amillərin mənfi təsirinə məruz qalır.

Qeyd edək ki, “L'Oreal” kosmetika, ətir, dəri və saça qulluq məhsulları istehsal edir və Lancome, Garnier, Vichy, Maybelline və Kiehl's kimi brendlərə sahibdir.

2023-cü ilin əvvəlindən “L'Oreal”ın kapitallaşması 21,3 faiz (215,5 milyard avroya qədər) artıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR