Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Ruhəngiz Allahverdiyevanın başına iş gəlib.
Musavat.com axşam.az-a istinadən bildirir ki, müğənni yeni ev aldığını, ustaların təmir zamanı onu aldatdığını deyib. Bu haqda "Zaurla Günaydın" verilişində danışan ifaçı ustalara qarğış edib:
"Yeni ev aldım və oraya köçdüm. Evimi təmir edən ustaların Allah başına daş salmasın. Mənim zəhmətlə qazanıb və evimin təmirinə xərclədiyim pulların hamısı boşuna getdi. Ürəkləri necə istəyib, elə də işləyiblər. İşıq çəkilişi düzgün qurulmayıb. Təmirdən sonra onların etdiyi səhvlərin hamısı üzə çıxdı. Tavanı sındırıb baxmalı idim ki, işıq sistemini necə qurublar? Hər gün deyirəm ki, Allah bəlalarını versin. Yazıq deyiləm, əzab çəkmişəm. Təmirli evə gedib rahat oturmalıyam. Bir də əlimə o pul gələcək? Bir də o pulları qazanmaq imkanım olacaq? Mən təmirli evə girib rahat oturmalıyam. Əlimi atıram, bir tərəfdə işıq yanır, digər tərəfdə isə yox. Baş aça bilmədim ki, bu ustalar evimə haradan gəldi? Ustalar o cür evimi təmir edib pullarını alıb gediblər".
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ