Onlayn ictimai-siyasi qəzet
Məşhur müğənni Alla Puqaçova Moskvadakı Kuzminsk qəbiristanlığında özünə məzar yeri alıb.
Məlumata görə, o ailə məzarlığının tikilməsi üçün artıq inşaatçıları cəlb edib. Belə ki, Allanın hazırlatdığı ailə məzarlığının ətrafına hasar çəkiləcək və üzərinə xüsusi gerb həkk olunacaq.
Primadonna 2011-ci ildə 60 yaşında vəfat etmiş qardaşının yanında dəfn edilmək istəyir.
Ölmədən özünə məzar yeri seçən tək məşhur Alla Puqaçova deyil. Mərhum müğənni Janna Friske, Fedor Şalyapin, Aleksandr Buynov da ailəvi məzarlıq yerləri satın alıblar.
Xatırladaq ki, Alla Puqaçova Rusiyanın Ukraynaya müharibə elan etməsinə etiraz əlaməti olaraq, ailəsi ilə İsrailə köçüb gedib.//Lent.az
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ