İnsanlara hürriyət, millətlərə istiqlal!

Alla Puqaçova Maksim Qalkinin müdafiəsinə qalxdı: “Məni də xarici agent siyahısına yazın” – FOTO

Rusiyanın məşhur müğənnisi Alla Puqaçova adının “xarici agentlər” siyahısına daxil edilməsini xahiş edən status yazıb.

Musavat.com xəbər verir ki, bu barədə “Radio Svoboda” məlumat yayıb.

Statusda müğənni ilk dəfə Rusiyanın Ukraynaya təcavüzündən açıq şəkildə yazıb.

Puqaçovanın Ədliyyə Nazirliyinə müraciətində bu cümlə də yer alıb: “Mən vətəninə firavanlıq, dinc həyat, söz azadlığı arzulayan, vicdanlı, ləyaqətli və səmimi insan, Rusiyanın əsl və pozulmaz vətənpərvəri olan həyat yoldaşım ilə həmrəy olduğumu bildirirəm”.

Xatırladaq ki, sentyabr ayının 16-da RF Ədliyyə Nazirliyi komediya aktyoru Maksim Qalkini - Alla Puqaçovanın həyat yoldaşını “xarici agent” funksiyasını yerinə yetirən şəxslərin siyahısına daxil edib. Nazirliyin saytındakı rəsmi informasiyada Qalkinin siyasi fəaliyyətlə məşğul olduğu və bunun üçün Ukraynadan pul aldığı göstərilib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya işğalçı hərbi müdaxiləsinin ilk günlərindən Maksim Qalkin müharibəni pisləyən açıqlamalar verib.

“Siz Pasxa bayramında sülh üçün dua edirsiniz və eyni zamanda yaşayış binalarına qanadlı raketlər göndərirsiniz”, - deyə komediya aktyoru Odessanın atəşə tutulmasından sonra İnstaqram vasitəsilə Rusiya rəsmilərinə müraciətində bildirmişdi. Bundan əlavə, Maksim Qalkin ukraynalı qaçqınlara kömək məqsədilə İsraildə konsert verməyi planlaşdırdığını söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR