İnsanlara hürriyət, millətlərə istiqlal!

Alim yaponlara qocalardan qurtulmağı tövsiyə etdi

ABŞ-ın Yel Universitetinin yapon əsilli professoru Yaponiyada əhalinin qocalması problemini təbii yolla həll etməyi təklif edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, həmin alim yaşlı insanlara kütləvi intihar etmələrini məsləhət görüb.

Qeyd edək ki, Yusika Narita isimli bu elm adamı ölkədə populyar şəxsə çevrilib, onlayn şoularda iştirak edir, reklam çarxlarında rol alır və Tvitterdə yarım milyon insan ona abunə olub. Narita Yaponiyada gənclər arasında da getdikcə populyarlaşır.

“The New York Times” qəzetinin məlumatına görə, gənclər yaşlı nəslin iqtisadi artımı geridə qoyduğuna inanırlar. Professorun tənqidçiləri isə ölkədə 1948-ci ildə qəbul olunan bədnam “yevgenika” haqqında qanunu yada salıblar.

Yevgenika Aktı ölkədə 1948-1996-cı illərdə qüvvədə olub. Bu qanun dördüncü dərəcə qohumluq dərəcəsinə malik olan qadında, həyat yoldaşında və ya ailə üzvündə ciddi genetik pozğunluq olduqda cərrahi sterilizasiyaya icazə verirdi. Əməliyyat çox vaxt xəstənin razılığı olmadan həyata keçirilirdi.

Təxminən 25 000 yapon yevgenika qanununun qurbanı olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR