İnsanlara hürriyət, millətlərə istiqlal!

“Alim Qasımov bir daha sübut etdi ki...” - Afaq Bəşirqızı DANIŞDI

“Alim Qasımov çox böyük sənətkardır. Sənətkarlıqda, sənətdə özünü təsdiq etmiş sənətkardır və o, mənfi müzakirələrin mövzusu ola bilməz”.

Musavat.com xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı deyib. O bildirib ki, Alim Qasımovun bu görüntüsündə elə bir böyük faciə yoxdur:

“O, zarafatcıl oğlandır. Verilişlərdə də görürsünüz, deyir, gülür, şən əhvallı adamdır. Repə qadağa qoyulmayıb. Alim Qasımov bir daha sübut etdi ki, öz sənətini nümayiş etdirmək üçün ona saniyələr də bəs edir. Yaşasın Alim Qasımov!”

Qeyd edək ki, Xalq artisti Alim Qasımovun toyda rep oxuduğu görüntülər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR