İnsanlara hürriyət, millətlərə istiqlal!

Ali təhsili olmayan Rüfət Həsənov vəzifəsindən azad olundu

Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifələrini icra edən kinorejissor Rüfət Həsənov vəzifəsindən azad olunub.

Musavat.com APA-ya istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyindən bildirilib ki, mədəniyyət naziri Adil Kərimli Rüfət Həsənovun vəzifədən azad olunması ilə bağlı ərizəsini təsdiq edib.

"Rüfət Həsənov yaradıcı faaliyyətlə məşğul olmaq istəyi ilə bağlı bu addımı atıb", - nazirlikdən qeyd olunub.

Xatırladaq ki, Rüfət Həsənov həm də Mədəniyyət Nazirliyinin Audivizual və İnteraktiv Media şöbəsinin də müdiri idi. O bu ərizə ilə sözügedən vəzifəsini də tərk edib.

Bildirək ki, Rüfət Həsənovla bağlı mediada zaman-zaman dərc olunan xəbərlərdə onun ali təhsilinin olmadığı qeyd olunurdu.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR