İnsanlara hürriyət, millətlərə istiqlal!

Ali Radanın deputatı: "Azərbaycanlılar müstəqilliyin dəyərini anlayır və dərk edirlər"

Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeri Kolyux qrupun Azərbaycan üzrə həmsədri Rüfət Quliyevə 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, təbrikdə deyilir:

"Bu gün Azərbaycan xalqı Müstəqilliyin Bərpa Gününü qeyd edir. Artıq adın özü də onu göstərir ki, azərbaycanlılar müstəqilliyin dəyərini anlayır və dərk edirlər. Bunu ölkənizin son dövrlərdə əldə etdiyi iqtisadi və siyasi uğurlar xüsusilə vurğulayır".

"Azərbaycan dövlətinin və Azərbaycan xalqının müstəqillik yolunda daha da güclənməsi naminə ən səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin", - Valeri Kolyux qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR