İnsanlara hürriyət, millətlərə istiqlal!

Alen Simonyan Qarabağ ermənilərindən DANIŞDI 

“Artıq Ermənistan parlamentində “Dağlıq Qarabağın” (Azərbaycan torpaqlarının bir hissəsinin işğal olunduğu illərdə bölgədə qurulan oyuncaq qurum nəzərdə tutulur - red) rəsmi nümayəndələri yoxdur”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli parlamentin spikeri Alen Simonyan deyib.

Simonyanın sözlərinə görə, Ermənistan-dqr parlamentlərarası komissiyası da buraxılmalıdır. Ermənistan parlamentinin rəhbərinin fikrincə, bu komissiyanın mövcudluğu üçün hüquqi əsas qalmayıb.

“Fikrimcə, biz bu formatı ləğv etməyi çox ciddi düşünməliyik. Axı “Dağlıq Qarabağı” (oyuncaq qurumu - red.) təmsil edən məmurlar artıq yoxdur. Ermənistanda başqa heç kimin belə statusu yoxdur. Yuxarıda qeyd olunan komissiyanın mümkün iclasının çağırılacağı təqdirdə kiminlə müzakirəyə girə biləcəyimi bilmirəm”, - deyə Alen Simonyan qeyd edib.

Onun sözlərinə görə, bu qurum hələ 2023-cü ilin sentyabrında özünü ləğv edib.

“Münasibətlər yalnız iki tərəf olduqda mümkündür. Şəxsən mən bəzi naməlum şəxslərin iştirakı ilə iclas keçirə bilmərəm”, - deyə Ermənistan parlamentinin sədri vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR