Onlayn ictimai-siyasi qəzet
“Azərbaycanın dediklərini Ermənistan gündəminə gətirməyin, bunu etməyin”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan noyabrın 16-da parlamentdə jurnalistlərlə söhbətində danışıb.
Onun sözlərinə görə, hərdən bəzi erməni telekanallarını açır və adamda belə bir təəssürat yaranır ki, danışanlar azərbaycanlıdır.
“Bəzi həmkarlar hərbi şəraitdə bu cür hərəkətlərə görə dəyişikliklər edilməsini və cinayət cəzası təyin etməyi təklif edirlər. Bunu etmə, sən mənə yox, Ermənistana ziyan vurursan”, - deyə Simonyan müxalifət mediasına müraciət edib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ