Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi Qarabağdakı erməni separatçılarının liderlərinin həbsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə sürətli şəkildə renteqrasiya prosesinə başladılıb. Cəmiyyətimizdə bununla bağlı müzakirələr də artıb. Məsələn, millət vəkili Fazil Mustafa deyir ki, azad olunmuş ərazilərdə ermənilərin yaşamağa davam edəcəyi hansısa küçəyə tanınmış erməni sülhpərvər aktivist Georgi Vanyanın adını vermək mümkündür.
Eyni zamanda bu günlərdə erməni mənbələrində belə bir məlumat yayılmışdı ki, erməni Sarkis Qalstan Azərbaycan tərəfindən Xankəndinə komendant təyin olunub. Lakin bu məlumat rəsmi olaraq öz təsdiqini tapmadı, amma hər halda bu məsələlər qızğın müzakirə olunur.
Əslində necə olmalıdır? Ermənilərin cəmiyyətimizə renteqrasiyası kontekstində bu işlər həyata keçirilməlidirmi? Qarabağda ermənilərə dövlət vəzifələrində yer verilməlidirmi? Dünya üçün bu cür nümunələrə ehtiyac varmı? Yoxsa Qarabağda ermənilər tamamilə vəzifələrdən uzaqlaşdıırlmalı, onların adları Qarabağ küçələrindən, yurdundan silinməlidirmi? Paytaxt sakinlərinin bu haqda düşüncələri necədir, çıxış yolu nədə görürlər?
TV Müsavat-ın əməkdaşları mövzu ilə bağlı Bakı sakinləri arasında sorğu keçirib. Həmin reportajı təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ